Açılış mərasimi Çjuxayda keçirilib. İndi avtomobil sahibləri Honkonqdan Çjuxaya qədər olan yolu qət etmək üçün üç saat əvəzinə, yalnız yarım saat vaxt sərf edəcəklər. Bu gün isə körpü bütün sürücülər üçün açıq elan edilib.
İlkin hesablamalara görə, 2030-cü ildə bu körpüdən hər gün 29 min nəqliyyat vasitəsi, 120 mindən artıq sərnişin istifadə edəcək.
Körpünün çəkisi 400 min tondan artıqdır və onun 120 il istismarda qalacağı gözlənilir. Honkonqu Quandun vilayəti ilə birləşdirəcək körpünün ideyası hələ 1980-ci illərin axırlarından olmasına baxmayaraq, tikintiyə ancaq 2009-un dekabrında başlanılıb.