Günün sonunadək gözlənilən hava şəraiti

Havanın temperaturu 23-28, dağlarda 18-20 dərəcə isti təşkil edəcək
Sputnik

BAKI, 24 oktyabr — Sputnik. Oktyabrın 24-ü gündüz saatlarında gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

Gözlənilən hava barədə daha bir xəbərdarlıq edildi

ETSN-in Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında bu gün gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu 21-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bu gün gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu 23-28, dağlarda 18-20 dərəcə isti təşkil edəcək.