Badamdar sürüşmə zonasında son vəziyyət

Çatlar yaranan ərazilərə mayaklar qoyulub, mütəmadi monitorinqlər aparılır
Sputnik

BAKI, 24 oktyabr — Sputnik. "Badamdar 20 ci sahə yolunun sağ kənarındakı sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır". Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan məlumat verilib.

Məlumata görə, sürüşmənin yuxarı hissəsində xırda uçqun prosesləri davam edir. Sürüşmə sağ və sol hissəsində olan çatlarda nisbi artım qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.

Xatırladaq ki, Badamdar 20 ci sahə yolunun sağ kənarında gərginlik oktyabrın 1-dən müşahidə edilir. Bu günə olan məlumata görə, bu müddət ərzində ərazidə istinad divarları yerindən qopub. Qeyd edək ki, sürüşmə zonasında 11 ev və 3 obyekt var. Evlərin divralarında müxtəlif ölçülü çatlar müşahidə edilir. Çatlar yaranan ərazilərə mayaklar qoyulub, mütəmadi monitorinqlər aparılır.