MƏDƏNİYYƏT

Emin və Maksim Fadeyevdən Azərbaycan haqqında möhtəşəm mahnı

Azərbaycanın xalq artisti Emin Ağalarov məşhur rusiyalı bəstəkar Maksim Fadeyevlə birlikdə özünün yeni "Moy Azerbaydjan" (Mənim Azərbaycanım) duetini oxuyub
Sputnik

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 24 oktyabr — Sputnik. Azərbaycanın xalq artisti Emin Ağalarov məşhur rusiyalı bəstəkar Maksim Fadeyevlə birlikdə özünün yeni "Moy Azerbaydjan" (Mənim Azərbaycanım) duetini oxuyub.

Sputnik Azərbaycan-ın məlumatına görə, Emin Ağalarov bu duetdən fraqmenti özünün Instagram sosial şəbəkəsindəki səhifəsində paylaşıb. Mahnının müəllifləri Maksim Fadeyev və Olqa Seryabkinadır. 

"Mənim dəyərli dostum Maksim Fadeyevlə oxuduğum yeni duet - "Moy Azerbaydjan". Bu mahnı doğmalar haqqındadır: ev, ana, vətən və məhrəm olan hər şey. Orada əsl və ən səmimi hisslər və emosiyalar əksini tapıb. Maksla bağlı olan hər şey şedevrdir və mən ona bu cür gözəl hədiyyə üçün minnətdaram" - Ağalarov yazıb.

İfaçı qeyd edib ki, onun bu dueti yeni "Səmadan qorxmurduq" albomunda yer alıb. Həmin albom isə Rusiya və MDB-nin bütün rəqəmsal platformalarda girişə açıqdır.

Maksim Fadeyev - sovet və rus bəstəkarı, musiqi prodüseri, ifaçı-müəllif, aranjemançı, rejissor və aktyorudur.

Emin Ağalarov World Music Awards, "Azərbaycandan olan ən yaxşı ifaçı", "Qızıl qrammafon", "MUZ-TV Mükafatı" və bir çox digər beynəlxalq mükafatların laureatıdır. Müxtəlif ölkələrdə konsertlərlə çıxış edir. Müğənninin musiqi daxılında doqquz ingilisdilli albom, Warner Music və Sony ATV Music Publishing kimi aparıcı şirkətlərlə müqavilə də var.

Ağalarov həmçinin Qriqori Leps və Sergey Kojevnikovla birlikdə hər il Bakıda keçirilən "Jara" beynəlxalq musiqi festivalının təşkilatçısıdır.