CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“ASAN xidmət”in büdcəsi artırılır

Büdcə zərfi gələn ay Milli Məclisin komitə iclaslarında müzakirəyə çıxarılacaq
Sputnik

BAKI, 24 oktyabr — Sputnik. Gələn ilin dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“ASAN xidmət”) ayrılacaq vəsait artırılır.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, 2019-cu ilin büdcəsindən ombudsmana 28 milyon 183 min 220 manatın ayrılması planlaşdırılır.

Bu məbləğ 2018-ci ildəki vəsaitdən 4 milyon 120 min 861 manat çoxdur.

Qeyd edək ki, büdcə zərfi gələn ay Milli Məclisin komitə iclaslarında müzakirəyə çıxarılacaq.