İQTİSADİYYAT

Əli Məsimli: “İxracatda qeyri-neft sektorunun payı artmağa başlayıb”

Milli Məclisin deputatı Əli Məsimli deyir ki, son illər həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkədə perspektivli layihələr realaşdırılmaqdadır
Sputnik

Əli Məsimli qeyri-neft sektorunun inkişafı üçün görülən işləri açıqladı
“Azərbaycanda çox ciddi islahatlar həyata keçirilir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli deyib.

“Azərbaycanda neftdən gələn gəlirlərin insan kapitalına çevirilməsi, qeyri neft sektorunun inkişafı istiqamətində xeyli işlər görülür. Son illər həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkədə perspektivli layihələr realaşdırılmaqdadır. Bu da özünü Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, yeni bir mərhələyə qədəm qoyması sahəsində çox vacib nüansları ortaya çıxarıb. Artıq əvvəllər xaricdən gətirilən malların yerli istehsalı təşkil olunur, həmçinin Azərbaycanda istehsal olunan məhsulların xarici bazarlara ixracı genişləndirilir. Ümumilkdə son illər Azərbaycanın ixracı yüksək templərlə inkişaf edir. Burada qeyri-neft sektorunun payı da artmağa başlayıb” — deyə o bildirib.

Əli Məsimlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz