İki azərbaycanlı Ukrayna polisini ayağa qaldırıb

Onlar xüsusi əməliyyat nəticəsində yaxalanıb
Sputnik

BAKI, 23 oktyabr — Sputnik. Ukraynanın Lvov şəhərində iki azərbaycanlı və bir Türkiyə vətəndaşı başqa bir türkiyəlini oğurlayaraq qarşılığında pul tələb ediblər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Lvov polisinin məlumatına görə, Türkiyə vətəndaşını qaçıran 3 nəfər xüsusi əməliyyat nəticəsində yaxalanıb.

Məlumata görə, Lvovun mərkəzində görüşdüyü şəxslər tərəfindən qaçırılan Türkiyə vətəndaşı Ö.G. Ukrayna polisi tərəfindən xilas edilib. Ona hər hansı bir xəsarət yetirilmədiyi bildirilir.

Onu qaçırmaqda şübhəli hesab edilənlərdən birinin 40 yaşlı Türkiyə, digər ikisinin isə 26 və 27 yaşlı Azərbaycan vətəndaşları olduqları qeyd olunur.