İQTİSADİYYAT

Sanksiyalara qarşı: Rusiya beynəlxalq ödəniş sisteminə alternativ yaratdı

Qərb ölkələri Rusiyanı SWIFT-dən istifadəni əngəlləməklə təhdid edib
Sputnik

BAKI, 23 oktyabr — Sputnik. Rusiya beynəlxalq ödəniş sistemi olan SWIFT-də alternativ olaraq öz sistemini yaradıb.

Sputnik Azərbaycan İranın "Fars" xəbər agentliyinə istinadla xəbər verir ki, Qərb ölkələri Rusiyanı SWIFT-dən istifadəni əngəlləməklə təhdid edib. Bu təhdiddən sonra Rusiya bu sistemin alternativi olan SPFSİ-ni yaradıb. Sistemin alternativini Rusiya Mərkəzi Bankı yaradıb.

Rusiya Mərkəzi Bankı sədrinin müavini yaxın vaxtlarda xarici bankların SPFS sisteminə qoşulmalarına imkan yaradacaqlarını açıqlayıb.

SWİFT banklar arasında ödəmə transferlərinin olduqca qısa bir müddətdə həyata keçirilməsini təmin edir.