CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"ASAN xidmət" bu ərazilərə gələcək – Xəbəriniz olsun

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunur
Sputnik

BAKI, 22 oktyabr — Sputnik. Səyyar ASAN xidmət 6 – 25 oktyabr Hacıqabulda, 6 oktyabr – 3 noyabr Tovuzda, 5 oktyabr – 3 noyabr Xudatda, 8 oktyabr – 6 noyabr Şəkidə, 18 oktyabr – 6 noyabr Ağsuda, 19 oktyabr – 2 noyabr Qovlar şəhərində, 22 oktyabr – 10 noyabr Binəqədi qəsəbəsində, 24 oktyabr – 22 noyabr Biləsuvarda, 24 oktyabr – 7 noyabr Xaldan qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

"ASAN xidmət"in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatına görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

"ASAN xidmət"dən rayon sakinlərinə önəmli xəbər

— Notariat fəaliyyəti;

— Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

— Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

— Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

— Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

— Əmək pensiyalarının təyin edilməsi;

— Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

— Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

— Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.