FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

"Instagram"dakı ən populyar azərbaycanlılar

Sputnik

Məşhur insanların Instagram-dakı şəxsi hesabları, onların populyarlığını ölçmək üçün bir vasitədir. Bu səbəbdən də onların hamısı daha çox izləyici toplamağa cəhd edirlər. Bizim fotolentdə virtual sistemdə ən çox izləyicisi olan 15 azərbaycanlı məşhurdan bəhs edilir.

Bu gün Instagram sosial şəbəkəsi Azərbaycandakı internet resurslar arasında ən populyarıdır. İctimai nəqliyyatda gedərkən, nahar fasiləsi edərkən hər kəs sevimli müğənnisinin, aktyorunun, yaxud da digər tanışının səhifəsinə daxil olur və onunla bağlı nəsə paylaşır. Bir sıra məşhurlarla isə bu yolla birbaşa əlaqə saxlamaq mümkündür.

Sputnik Azərbaycan Instagram-ın Azərbaycan seqmentində ən çox izləyicinin kimə məxsus olduğunu müəyyənləşdirməyə çalışıb. Bu məqsədlə ən populyar məşhurların top-15 siyahısını hazırlayıb. Məlum olub ki, bizim ölkəmizdə sosial şəbəkələrdə ən çox populyar olan şəxslər məhz zərif cinsdən olan müğənnilər, aktrisalar və modellərdir.

Reytinq hazırlanarkən təkcə məşhurların izləyici sayı deyil, həmçinin şərhləri, sitatların sayı və digər göstəricilər də nəzərə alınıb.

1 / 15
Sevil və Sevinc Səfərovalar - 1,7 milyon
2 / 15
Röya Ayxan - 1,4 milyon
3 / 15
Zaur və Günay Baxşəliyevalar - 1,3 milyon
4 / 15
Məsumə Məmmədova
5 / 15
Anar Ağakişiyev
6 / 15
Günay İbrahimli
7 / 15
Roza Zərgərli
8 / 15
Xatirə İslam
9 / 15
Rəqsanə İsmayılova
10 / 15
Hüseyn Əzizoğlu
11 / 15
Kəmalə Piriyeva
12 / 15
Natəvn Həbibi
13 / 15
Oksana Rəsulova
14 / 15
Humray Qulamova
15 / 15
Pərvin Abıyeva