HADİSƏ

Qubada evli qadını qaçıran şəxsi döyüb öldürdülər

Hadisədən sonra E.Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib
Sputnik

BAKI, 22 oktyabr — Sputnik. Qubada ailəli qadını qaçıran kişi döyülərək öldürülüb.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, 25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu, 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Məlumata görə, qadın öz razılığı ilə E.Əsədovla birgə gedib.

Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov E.Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər. Hadisədən sonra E.Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hər üç şəxs saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.