CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İrandan gətirdiyi narkotiki Bakıda torpağa gömdü

Polis yerə basdırılmış opiumu aşkara çıxarıb
Sputnik

BAKI, 22 oktyabr — Sputnik. Binəqədi rayon polisi yerə basdırılmış 2 kiloqram opiumu ələ keçirib.

Bu barədə Sputnik Azərbaycan-a AR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Polisə Cəlilabad rayon sakini Fərid Mirzəyevin narkotik vasitələrin ticarəti ilə məşğul olduğu barədə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi RPİ-nin 6-cı polis bölməsinin əməkdaşları Mirzəyevi və onun cinayət ortağı, əvvəllər məhkum olmuş Qaradağ rayon sakini Müslüm Barıyevi saxlayıb. Saxlanılan şəxslərdən 1 kq 118 qram heroin götürülüb.

Sonra Barıyevin Qızıldaş qəsəbəsindəki evinə baxış keçirilib. Oradan da 2 kq 76 qr opium tapılıb. Barıyev narkotik maddəni torpağa basdırıbmış.

Müəyyən edilib ki, həmin narkotik vasitələri Mirzəyev satmaq üçün İrandan gətirib. Faktla bağlı araşdırma davam edir.