BAKI, 22 oktyabr — Sputnik. Kanadada ard-arda 4 şiddətli zəlzələ baş verib. Sputnik Azərbaycan-ın "Haber7"yə istinadla məlumatına görə, Kanada əvvəlcə 6.7 bal gücündə zəlzələ ilə silkələnib.
Dəqiqələr sonra isə 7.0, 6.5 və 4.9 bal gücündə zəlzələlər baş verib.
Zəlzələ ölkənin Britaniya Kolumbiyası bölgəsində olub.
Rəsmilər sunami xəbərdarlığı etməyib, amma bununla bağlı araşdırmalar davam edir.
Hələ ki, itki və tələfat barədə məlumat yoxdur.