HADİSƏ

Gürcüstanın Rustavi şəhərində partlayış nəticəsində 10-dan çox insan yaralanıb

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır
Sputnik

BAKI, 21 oktyabr — Sputnik. Gürcüstanın Rustavi şəhərində baş vermiş partlayış nəticəsində 12 nəfər yaralanıb. Onlardan 5-i azyaşlıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, oktyabrın 21-də Rustavi şəhəri 19-cu mikrorayon ünvanında qaynaq aparılan sexlərin birində ilkin məlumata görə, oksigen balonu partlayıb. Nəticədə 5-i uşaq olmaqla 12 nəfər yaralanıb, ətrafdakı binalara, ictimai-iaşə obyektlərinə xeyli ziyan dəyib. Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.