CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uğurlu seks üçün özünüzü sevin

Cinsi əlaqə sizin tələbatınız, ehtiyacınız olmalıdır, məcburiyyətiniz deyil
Sputnik

BAKI, 20 oktyabr — Sputnik. Uğurlu seksin sirri açılıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, seksual həyatda problem yaşayanlar çox zaman elə düşünür ki, problem onun tərəf müqabilindədir. Əslində isə problemin daşıyıcısı şəxslərin özüdür.

Mütəxəssislərin fikrincə, gözəl seks yaşamaq üçün ilk növbədə insan özünü sevməli, öz istəklərinə önəm verməlidir. Çünki seks ilk növbədə insanın bioloji tələbatıdır. Ancaq bəzi insanlar seksdən müxtəlif məqsədlər üçün istifadə edir. Məsələn, bəzi qadınlar seksdən pul qazanmaq üçün istifadə edirlər, "mən ona bədənimi, o mənə pul" düşüncəsi ilə sekslə məşğul olurlar. Bəzi qadınlar isə öz tərəf müqabillərini sekslə, daha doğrusu seksual münasibəti kəsməklə cəzalandırırlar.

Seks-simvolun toy avtomobili auksiona çıxarılacaq

Bəzən insanlar daha yeni tanımağa başladıqları insanları arzulayırlar. Əgər siz seksual həyatı arzulayıb, arzularınıza sədd çəkirsinizsə, deməli artıq ciddi problem yaşayırsınız.

Mütəxəssislər hesab edir ki, seks bəziləri üçün "nikah borcunun yerinə yetirilməsi", bəzilər üçün isə ortağını necə təmin etmək düşüncəsidir. Buna görə də insanlar çox zaman istəmədikləri insanla belə cinsi əlaqəyə girmək məcburiyyətində qalırlar.

Belə davranışlar ən kədərli nəticəyə gətirib çıxarır. Buna görə də istədmədiyiniz zaman cinsi əlaqədə olmayın. Cinsi əlaqə sizin tələbatınız, ehtiyacınız olmalıdır, məcburiyyətiniz deyil.