BAKI, 20 oktyabr — Sputnik. Şahidlər yüngülmotorlu təyyarənin Kaliforniyada avtomobil yoluna enməsini çəkiblər. Sputnik AzərbaycanRusiya mətbuatına istinadən xəbər verir ki, təyyarədə təlimçi və kursant olub.
Məlum olub ki, təyyarənin mühərrikində problem yarandığı üçün 25 yaşlı müəllim 36 yaşlı kirsantla şoseyə düşməyə qərar veriblər. Çünki enmə üçün yeganə əlverişli yer bura olub. Hadisə zamanı heç kim xəsarət almayıb.