Putin, Merkel və Makron Ərdoğanla görüşə gedirlər

Görüş zamanı Suriya münaqişəsinin nizamlanması məsələsi müzakirə olunacaq
Sputnik

BAKI, 20 oktyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron və Rusiya Prezidenti Vladimir Putin oktyabrın 27-də İstanbulda görüşəcək.

Sputnik Azərbaycan "Son Dakika"ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının mətbuat katibi İbrahim Kalın bildirib.

Görüş zamanı Suriya münaqişəsinin nizamlanması məsələsi müzakirə olunacaq.