BAKI, 20 oktyabr — Sputnik. İngiltərədəki Bukingem sarayı təmir olunmalıdır. Ona görə də kraliça II Yelizaveta sarayı tərk etməlidir. Bu hadisə 2025-ci ildə baş verəcək.
Sputnik AzərbaycanRusiya mətbuatına istinadən xəbər verir ki, təmir keçən ildən başlayıb və 2027-ci ildə tam olaraq başa çatacaq. Təmir işləri elə aparılır ki, 92 yaşlı kraliçanın həyat düzəni pozulmasın. Kraliçaya 7 ildən sonra bu sarayı tərk etməli olduğunu deyiblər. O da bu məsələni adi qarşılayıb və maraqlı cavab verib: "Deyin görüm məni hara köçürmək istəyirsiniz?"
Təmir işlərinə Yelizavetanın həyat yoldaşı şahzadə Filipp nəzarət edir.
Sarayda hər şey yenilənir. Xüsusilə santexnika və elektrik işi yenidən görülür.