BAKI, 20 oktyabr — Sputnik. Çinli həkimlər 5 aylıq körpənin gözündən 11 canlı parazit çıxarıblar. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Çinin Sian şəhərində baş verib. Uşağın narahat olduğunu görən anası onu həkimə gətirib. Həkimlər körpəni müayinə edən zaman onun gözündə hərkət edən parazitləri aşkar ediblər və çıxarıblar.
Həkimlər bildirib ki, uşaq Thelaziya kallipeya adlı göz infeksiyasına yoluxub. Bu xəstəlik itlərdə, pişiklərdə və insanlarda müşahidə olunur. Bu xəstəlik Çində 100 il əvvəl müşahidə olunub.
Uşağın anası deyib ki, evlərində ev heyvanı yoxdur. Amma uşaq qonşunun ev heyvanı ilə oynayıb. Ehtimal ki, parazit ondan uşağa keçib.