VİDEO

Turistlər bəbirlərin ölüm-qalım mübarizəsini lentə alıb

Çox güman ki, bu iki yırtıcı ərazini bölüşdürə bilməyib. 20 dəqiqədən artıq davam edən mübarizədə daha təcrübəli bəbir üstün gəlib.
Sputnik

Cənubi Afrikanın Krüger Milli Parkının qonaqları iki bəbir arasında əsl ölüm-qalım mübarizəsinin şahidi olublar.

Yırtıcıların birinin rəqibindən daha balaca olduğu aydın görünür. Təbiətin qanununa görə, məğlub edilən tərəf də məhz o olub. Daha təcrübəli bəbir onu əvvəlcə boğub, daha sonra isə kəlləsinə güclü zərbə endirib. Bu mübarizə 25 dəqiqəyə yaxın davam edib.

Çox güman ki, aralarındakı mübahisənin səbəbi ərazi bəhsi olub.