Azərbaycan ordusu atəş mövqeyinə çıxarıldı - VİDEO

Azərbaycan Ordusunun raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir
Sputnik

BAKI, 20 oktyabr — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2018-cı ilin hazırlıq planına uyğun olaraq, Raket və Artilleriya birləşmələrinin döyüş atışlı təlimləri keçirilir.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Təlimlərdə artilleriya bölmələri marş icra etmə, cəmləşmə rayonlarına çıxma, atəş və start mövqelərini tutma, döyüş atışlarının icrası və digər tapşırıqların yerinə yetirilməsi üzrə məşqlər edirlər.