TƏHLİL

Siyasi şərhçi: “Türkiyə-ABŞ münasibətləri əvvəlki kimi olmayacaq”

Politoloq Fikrət Sadıxov deyir ki, keşişin azad edilməsi Türkiyə - ABŞ münasibətlərində yumşalmaya səbəb olacaq
Sputnik

Fikrət Sadıxov: “Türkiyə - ABŞ münasibətləri yumşalacaq”
“ABŞ Türkiyəyə qarşı keşiş Endrü Bransonla əlaqəli tətbiq edilmiş sanksiyalar barədə yaxın zamanda qərar qəbul edəcək”. Bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo Türkiyəyə səfəri zamanı jurnalistlərə bildirib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, keşişin azad edilməsi Türkiyə — ABŞ münasibətlərində yumşalmaya səbəb olacaq: “Lakin bu ölkələrin münasibətlərinin tam bərpa olunacağını da düşünmürəm. Burada bir neçə səbəb var. Misal olaraq, Türkiyə Rusiya münasibətlərinin yaxınlığını, həmçinin Türkiyənin ABŞ-a qarşı səsləndirdiyi ittihamları göstərmək olar. Yəni, Türkiyə-ABŞ münasibətləri normallaşsa da keçmişdəki kimi yaxın müttəfiqlik xarakteri daşımayacaq”.

Oktyabrın 12-də İzmirdə Ağır Cəza MəhkəməsiTürkiyədə həbsdə olan amerikalı rahib Endryu Kreyq Brunsonun azad edilmәsi barәdә qәrar çıxarıb. 

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz