CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürüşmə zonasından ümidverici xəbər

Badamdarda vəziyyət stabilləşməyə doğru gedir
Sputnik

BAKI, 19 oktyabr — Sputnik. "Badamdar — 20-ci sahə yolunun sağ kənarında sürüşmə zonasında bu gün saat 09-00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə ciddi dəyişiklik qeydə alınmayıb".

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən yaradılan Qərargahdan məlumat verilib. Bildirilib ki, yuxarı evlərin divarlarına qoyulmuş mayaklarda dəyişiklik yoxdur. Vəziyyət stabilləşməyə doğru gedir.

Xatırladaq ki, Badamdar — 20-ci sahə yolunun sağ kənarında gərginlik oktyabrın 1-dən müşahidə edilib. Oktyarbın 12- də səhər saatlarında sürüşmə müşahidə edilib. Bu günə qədər ərazidə istinad divarları uçub, ərazidəki fərdi evlərin divralarında çatlar yaranıb.

Qeyd edək ki, ərazidə 11 fərdi ev və 3 obyekt var. Sakinlər köçürülüb. Vəziyyət hələ ki, stabildir.