BAKI, 19 oktyabr — Sputnik. Eyni anda orqazm olma gözləntisi sevişmənin dadını qaçıra bilər.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Qadın Xəstəlikləri və Doğuş mütəxəssisi Gökçen Ərdoğan məlumat verib. Onun sözlərinə görə, cütlüklər nadir hallarda eyni anda orqazm ola bilərlər.
Belə ki, uzun müddət bir yerdə yaşayan insanlar bir-birilərini yaxşı tanıdıqları üçün idarəli şəkildə eyni anda orqazm ola bilər.
"Bəzi qadınlar xoşbəxt bir cinsi əlaqənin yaşanması üçün mütləq eyni anda orqazm olmaları fikrinə inanırlar. Bir-birlərinin cinsi reaksiyaları tam olaraq və anında bilən bəzi cütlüklər nadir hallarda eyni vaxtda orqazm ola bilər. Bununla yanaşı, eyni zamanda orqazm olmaq yaxşı bir cinsi əlaqənin və ya daha çox zövq almanın əsas şərti deyil. Ancaq birlikdə orqazm olmaq bir çox insanın xoşuna gəlir" – deyə o bildirib.
Həkim qeyd edib ki, sevişmə əsnasında bir yerdə orqazm olmağı gözləmək bütün hissləri öldürə bilər. Buna görə də, insanlar sevişmə zamanı heç bir şey düşünmədən sadəcə hissləri yaşamalıdır. Bu zaman cinsi münasibətdən daha çox zövq almaq mümkün ola bilər.