Bakı polisində kadr dəyişikliyi olub

"Polis" qəzetinin baş redkatoru işdən çıxarılıb
Sputnik

BAKI, 19 oktyabr — Sputnik. Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) "Polis" qəzetinin baş redaktoru Qalib Rəhimov işdən çıxarılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Q.Rəhimov yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə BŞBPİ-nin "Polis" qəzetinin redaktoru vəzifəsinə Elşad Hacıyev təyin edilib. E.Hacıyev bu təyinata qədər BŞBPİ-nin "Polis" qəzetinin əməkdaşı olub.