BAKI, 18 oktyabr — Sputnik. Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Bəxtiyar Haqverdiyev işdən çıxarılıb. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Bəxtiyar Haqqverdiyev öz ərizəsi ilə vəzifədən azad edilib. Onun yerinə Abbas Səhhət Adına 1 nömrəli Gəncə Şəhər Xəstəxanasının baş həkimi Nazim Məmməd oğlu Əhmədov təyin edilib.