BAKI, 18 oktyabr — Sputnik. "The Washington Post" qəzeti Səudiyyə Ərəbistanın İstanbuldakı Baş Konsulluğunda öldürüldüyü iddia edilən Camal Qaşıqçının son köşə yazısını dərc edib. Bu barədə Sputnik Azərbaycannəşrə istinadən xəbər verir.
Onun hazırladığı sonuncu material "Ərəb dünyasının daha çox azad düşüncəyə ehtiyacı var" adlanır.
"Bu köçə yazısı onun ərəb dünyasında azadlığa olar bağlılığını aydın şəkildə əks etdirir. Öz həyatını belə qurban verdiyi azadlığı. Mən ona bir il əvvəl sonuncu jurnalist evi kimi "The Washington Post"-u seçdiyi və bizə onunla işləmək imkanını verdiyi üçün həmişəlik minnətdar olacağam" — deyə nəşrin redaktoru Karen Attia bildirib.
Köşə yazısında jurnalist iddia edir ki, bütün ərəb ölkəsində yalnız bir azad ölkə var ki, o da Tunisdir. O, köşə yazısında vurğulayıb ki, "Ərəb Baharı"ndan sonra hökumətlər əhalini cahillikdə və tabelikdə saxlamaq üçün KİV-də məqsədli şəkildə azad fikri məhv edirlər: "Ərəb dünyası xarici iştirakçılar tərəfindən deyil, hakimiyyət uğrunda mübarizə aparan daxili güclərin yaratdığı dəmir pərdə ilə qarşılaşmalı olur".
"Biz yoxsulluqdan əziyyət çəkirik. Biz yoxsulluqdan, təsərrüfatsızlıqdan və pis təhsildən əziyyət çəkirik" — deyə şöbə müdiri bildirib.
O, əmindir ki, azad KİV ərəb ölkələri effektiv olmayan hökumətlərin zülmündən ərəb ölkələrinin xalqlarını qurtaracaq güc olacaq.
Qeyd edək ki, Türkiyənin "Yeni Şafak" qəzeti qətl zamanı yazılan səs yazılarına istinadən xəbər verir ki, yoxa çıxdığı bildirilən səudiyyəli jurnalist Camal Qaşıqçıya əvvəlcə işgəncə verilib, daha sonra başı bədənindən ayrılıb.
Nəşr yazır ki, Qaşıqçı İstanbulda Səudiyyə Ərəbistanının Baş Konsulluğunda olduğu vaxt ağır işgəncələrə məruz qalıb: "Sorğu zamanı onun barmaqlarını, daha sonra isə başını kəsiblər".
Qeyd olunur ki, Baş konsul Məhəmməd İbrahim əl-Uteybi Qaşıqçının konsulluqdan kənarda öldürülməsini istəyib, lakin Səudiyyədən gələn qrup buna məhəl qoymayıb. Hələlik Səudiyyə hakimiyyəti bu məlumatları şərh etməyib.
Bu arada, ABŞ-ın dövlət katibi Mayk Pompeo jurnalistin yoxa çıxması ilə bağlı Səudiyyə Ərəbistanı rəhbərliyi ilə danışıqların yekunları barədə məlumat verərkən qeyd edib ki, araşdırma şəffaf keçiriləcək və bu işə aid olan yüksək rütbəli məmurlar da daxil olmaqla, hər bir şəxs məsuliyyətə cəlb olunacaq.
O, həmçinin əlavə edib ki, Səudiyyə Ərəbistanı da araşdırmanın aparılmasında maraqlıdır və bu işə dəxli olan şəxslərin hamısı məsuliyyətə cəlb olunacaqlar.
Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.
O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: "Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi" – deyə səudiyyəli jurnalist müsahibəsində bildirib.