Müsəlman ölkəsinin başı dərddən qurtulmur

Zəlzələ zamanı dəyən zərər və qurbanlar haqqında məlumat verilməyib
Sputnik

BAKI, 18 oktyabr — Sputnik. İndoneziyada yenə zəlzələ baş verib. Sputnik Azərbaycanxarici mətbuata istinadla xəbər verir ki, İndoneziya Meterelogiya, İqlim və Geofizika İdarəsinin məlumatına görə, zəlzələ Qərbi Açe bölgəsinin 30 metr şimali şərqində, yerin 10 kilometr dərinliyində baş verib.

Zəlzələ zamanı dəyən zərər və qurbanlar haqqında məlumat verilməyib.

Qeyd edək ki, Sulavesi adasında sentyabrın 28-də baş verən 7,5 bal gücündə zəlzələ və ardınca meydana gələn sunamidə 2091 nəfər ölmüşdü. Zəlzələnin ardınca170-dən artıq afterşok qeydə alınmışdı.

"Sakit Okean atəş dairəsi" olaraq adlandırılan zəlzələ və vulkanların qucağında yerləşən İndoneziyada 2004-cü ilin 26 dekabrında 9,1 bal gücündə zəlzələ baş vermiş və ardınca meydana gələn sunami nəticəsində 230 min nəfər həyatını itirmişdi.