"Köhnə qvardiya"dan yeni həmlə - Sabiq prezident qayıdır

Koçaryan: "Mən seçkilərə yeni, yenilənmiş komanda ilə getmək istəyirəm"
Sputnik

BAKI, 18 oktyabr — Sputnik. Ermənistanın sabiq prezidenti Robert Koçaryan yeni partiya yaratmaq və müxalifətə keçmək niyyətində olduğunu bildirib. Spuntik Azərbaycan xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti "RİA Novosti"yə müsahibəsində bildirib.

Paşinyana qarşı kütləvi narazılıq baş qaldırıb, polis orqanları çalxalanır

"Əgər siyasətə qayıdırsansa, onda bu barədə düşünmək lazımdır" — deyən Koçaryan öz partiyasını yaratmaq fikrində olduğunu bildirib.

Sabiq prezidentin sözlərinə görə, partiyanın adı prinsipial olaraq o qədər önəmli deyil: "Mənim hər hansı bir yüksək vəzifəni tutmaq niyyətim yoxdur. Əgər mənim belə bir niyyətim olsaydı, onda 10 il siyasətdən kənarda qalmazdım. Lakin vəziyyət elə formada dəyişir ki, mövqe, xarakter və bioqrafiya səni bu proseslərin içərisinə daxil olmağa vadar edir".

Növbədənkənar parlament seçkilərdə iştirak etməmək istəyindən danışarkən Koçaryan vurğulayıb ki, o sadəcə bunu vaxtla əlaqələndirib: "Mən partiyasız olmuşam. Bu isə o anlama gəlir ki, mən nəyisə bərpa etməli deyil, partiya yaratmalıyam".

"Mən özüm də seçkilərə yeni, yenilənmiş komanda ilə getmək istəyərdim. Yeni komanda qurmaq istəyəndə, adətən ilk addımlarınız nə olur? Sən tanıdığın, ətrafında olan, danışdığın və işlədiyin insanlara diqqət yetirirsən" — Koçaryan vurğulayıb.

Onun sözlərinə görə, mövcud vəziyyətdə yeni istedadlı, gənc və enerjili insanları cəlb etmək lazımdır: "Təbii ki, kimisə köhnə komandadan cəlb etmək lazımdır. Yeni nəsili proseslərə cəlb etmək üçün müəyyən müddət lazımdır".