Dünya nəhəngi külli miqdarda cərimələndi

Qurumdan verilən açıqlamada cəzaya heç bir etirazlarının olmadıqlarını və cərimənin ödəniləcəyi bildirilib
Sputnik

BAKI, 18 oktyabr — Sputnik. Volkswagen Qrupunun lüks avtomobil markası olan Audi dizel mühərriklərə görə açılan istintaq çərçivəsində 927 milyon dollar cərimə edilib. Sputnik Azərbaycanxarici mətbuata istinadla xəbər verir ki, Audi V6 və V8 silindirli dizel mühərriklərin ətraf mühiti normadan artıq çirkləndirdiyi üçün cərimə edilib.

Qurumdan verilən açıqlamada cəzaya heç bir etirazlarının olmadıqlarını və cərimənin ödəniləcəyi bildirilib: "Bu cəznə ödəyəcəyik və etiraz etmirik. Ancaq gələcək il maliyyə planları ilə bağlı bəzi dəyişikliklər etmək məcburiyyətindəyik".

Qeyd edək ki, bu vəziyyətdən Volkswagen şirkəti də təsirlənəcək. Çünki Audi verdiyi açıqlama ilə V6 və V8 dizel mühərriklərinin ətraf mühiti çirkləndirməsi barədə iddiaları qəbul etmiş oldu.