Bakının bu ərazisinin sakinlərinə xəbərdarlıq

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" abunəçilərdən üzr istəyir
Sputnik

BAKI, 18 oktyabr — Sputnik. Bu gün Bakı şəhərinin Yasamal rayonuna içməli suyun verilişində məhdudiyyətlər olacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-dən məlumat verilib.

Bildirilib ki, rayonun ərazisindən keçən magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar gün ərzində Yeni Yasamal yaşayış massivinin bir hissəsində su kəsiləcək.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" abunəçilərdən üzr istəyir.