Türkiyədə arzuolunmaz hadisə baş verib

Hadisə zamanı 7 nəfər ölüb, 24 nəfər isə yaralanıb
Sputnik

BAKI, 17 oktyabr — Sputnik. Türkiyədə ağır yol qəzası baş verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kahramanmaraşda bir avtobus ağır qəzaya uğrayıb.

Qəza 03:00-da baş verib. Kayseridən Kahramanmaraşa gələn 55 JA 466 dövlət seriyalı nömrəli avtobus yoldan çıxaraq aşıb. Hadisə zamanı 7 nəfər ölüb, 24 nəfər isə yaralanıb.

Hadisə yerinə çox sayda təcili tibbi yardım maşınları cəlb olunub.Yaralılar xəstəxanalara aparılıb. Yüngül xəsarət alan sərnişinlərə isə tibbi yardım göstərilib və evə göndəriliblər.