Çoxlu sayda dinc sakinin ölümünə səbəb olan şəxs məhv edildi

İranda parad zamanı törədilən terror aktının əsas təşkilatçısı məhv edilib
Sputnik

BAKI, 17 oktyabr — Sputnik. İraqın təhlükəsizlik qüvvələri sentyabrda İranın Əhvaz şəhərində törədilən terror aktının əsas təşkilatçısını məhv edib.

“Report” xəbər verir ki, bu barədə çərşənbə axşamı İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİİKK) bəyanat verib.

İranın Əhvaz şəhərində sentyabrın 22-də parad zamanı törədilən terror aktı zamanı çoxlu sayda insan həlak olmuşdu.