VİDEO

“Səni deyirlər” mahnısının ifaçısı Sputnik Azərbaycan üçün oxudu – EKSKLÜZİV

Cənubi Azərbaycandan olan və "Səni deyirlər" mahnısı ilə şöhrət qazanan müğənni İbrahim Əlizadə Bakıya gəlib.
Sputnik

Ölkəmizdə səfərdə olan müğənni Sputnik Azərbaycan üçün ifa etməyə məmnuniyyətlə razı olub. Dediyinə görə, "Səni deyirlər" mahnısının bu qədər populyar olacağını təsəvvür etməyib.

Yeri gəlmişkən, iranlı ifaçı Azərbaycanda konsert verməyi də planlaşdırır.