QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Bu jurnalistlərin adı "qara siyahı"ya salınacaq

Jan Kuşner, Fransua Dost və Xədicə Riduanın adları "arzuolunmaz şəxslər siyahısı"na daxil ediləcək
Sputnik

BAKI, 17 oktyabr — Sputnik. Azərbaycan daha üç nəfərin adını "arzuolunmaz şəxslər siyahısı"na daxil edəcək.

Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən bildirilib.

"Frankafoniya sammiti əsnasında güddüyü təxribatçı məqsədlərə nail ola bilməyən Ermənistan Frankofoniya Mətbuatı Beynəlxalq İttifaqının İdarə Keyətinin bəzi üzvlərini qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini təşkil edib. Jurnalist etikası və obyektivliyi prinsipinə zidd olaraq bu qanunsuz səfərdə iştirak edən Jan Kuşner, Fransua Dost və Xədicə Riduanın adları "arzuolunmaz şəxslər siyahısı"na daxil ediləcək", — məlumatda vurğulanıb.