HADİSƏ

Mingəçevirdə məcburi köçkün gənc bıçaqlandı

Faktla bağlı araşdırma aparılır
Sputnik

BAKI, 17 oktyabr — Sputnik. Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report” xəbər verir ki, 1992-ci il təvəllüdlü Əliyev Xəyal Hidayət oğlu yaşadığı “Yeni Həyat” məcburi köçkün şəhərciyi ərazisində naməlum şəraitdə bıçaqlanaraq ağır xəsarət alıb.

Cəbrayıl rayonundan məcburi köçkün olan zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.