BAKI, 17 oktyabr — Sputnik. Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Avronun məzənnəsi 0,12% azalaraq 1,9649 manat, Rusiya rublunun məzənnəsi isə 0,39% artaraq 0,0260 manat təşkil edib.
Qeyd edək ki, oktyabrın 16-da Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi 1,7000 manat olub. Avro/manat məzənnəsi 1.9673 manat, rubl/manat məzənnəsi 0,0259 manat, türk lirəsi isə 0,2937 manat qeydə alınıb.