BAKI, 17 oktyabr — Sputnik. Krımın Kerç şəhərində yerləşən politexniki kollecdə partlayış baş verib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, kollecdə partlayıcı qurğu işə düşüb.
Məlumata əsasən, partlayış nəticəsində 10 nəfər ölüb, 50 nəfər isə xəsarət alıb. Yaralılardan 40-ı şəhər xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə xilasedicilər cəlb olunub. Faktla bağlı araşdırmalar aparılır.