BAKI, 17 oktyabr — Sputnik. İsrail Hərbi Hava Qüvvələri Qəzza sektoruna aviazərbələr endirib. Sputnik Azərbaycan"RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda vurğulanır ki, aviazərbələr Fələstin yaraqlılarının Beer-Şeva şəhərinin raket atəşinə cavab olaraq tutulub.
Fələstin tərəfinin itkiləri barədə hələlik heç bir məlumat yoxdur.
Bu arada İsrailin müdafiə naziri Qəzza sektoru ilə sərhəddə bütün nəzarət keçid məntəqələrinin bağlanılmasını əmr edib.
İsrail Müdafiə Nazirliyinin yaydığı məlumatda bu qərarın İsrailin cənubunun raket atəşinə tutulması ilə bağlı olduğu bildirilib. Bundan əlavə, nazir Qəza sektorunda balıqçılıq zonasının üç dəniz milinə endirilməsinə dair də qərar qəbul edib.
Qeyd edək ki, bu son iki ayda münaqişə tərəfləri arasında baş verən ilk toqquşmadır.