SƏHİYYƏ

İndiyə kimi bilmədiyiniz xeyirli qida: Bunu yeyin, sağlam olun

Donuz piyi insan orqanizmi üçün çox xeyirlidir
Sputnik

BAKI, 17 oktyabr — Sputnik. Dietoloqlar bu günə kimi deyirdilər ki, donuz əti piyli olduğu üçün həzm üçün çox problemlidir. Bunları nəzərə alaraq həmin qidadan insanların uzaq olmasını məsləhət görürdülər. Son araşdırmalar isə göstərir ki, bu heç də belə deyil.

Sputnik AzərbaycanRusiya mətbuatına istinadən xəbər verir ki, donuz piyi insan orqanizmi üçün çox xeyirlidir. Ona görə də günaşırı 20-30 qram donuz piyi yemək olar. Onun tərkibində olan maddələr damarlara müsbət təsir göstərir və qan damarlarını gücləndirir. Eyni zamanda bu stressə, həzm sisteminə də kömək edir. Buna görə də donuz piyi uşaqlar üçün də xeyirli qidadır. O, əməliyyatdan çıxan insanlara da xeyirlidir.

Eyni sözləri donuz əti barədə də demək olar. Buna görə donuz ətini və piyini uşaqların rasionuna qatmaq məsləhətdir.