MƏDƏNİYYƏT

Bizə acımanızı istəmirik: Əlil aktyorlar tamaşaçıları göz yaşına boğdular

Fiziki məhdudiyyətləri olan aktyorlar öz problemlərini teatrallaşdırdılar
Sputnik

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 17 oktyabr — Sputnik. Əlillik bir cəza deyil, ruhun gücünü göstərmək üçün bir səbəbdir. Məhz bunu bir daha sübut etmək üçün Azərbaycanda fiziki imkanları məhdud olan xeyli sayda insan British Council Unlimited ("Limitsiz") mədəni proqramında iştirak etmək arzusunu ifadə ediblər.

Proqramın əsas ideyası ondan ibarətdir ki, böyük arzuları olan insanlara mənşəyi və fiziki imkanlarından asılı olmayaraq, heç bir məhdudiyyət yoxdur. Layihə "Yarat" Müasir İncəsənət Mərkəzi ilə birgə həyata keçirilir və oktyabrın 15-də tamaşaçılara kiçik bir tamaşa təqdim edilib.

Sputnik Azərbaycan-a müsahibəsində BC-nin incəsənət üzrə meneceri Dilarə İbrahimova bildirib ki, həftə ərzində YARAT-da britaniyalı aktrisa Kerin Çapman Klarkın treninqləri keçirilib. Onun sözlərinə görə, o, bir çox seminarların müəllifidir və hesab edir ki, teatr cəmiyyətin dəyişməsi üçün vacib bir vasitədir.

"Layihənin əsas məqsədi aktyorlara, eyni zamanda fiziki imkanları məhdud olan aktyorlara müxtəlif teatr üsullarından, yaradıcılıq texnikasından və improvizasiyalardan yararlanaraq özünü ifadə etmək şansı verməkdir. Biz onların mədəni layihələrə çıxışını sadələşdirmək istəyirik" — deyə İbrahimova bildirib.

Kerin Çapman Klark ilk dəfədir Bakıya gəlib və bütün vaxtını əksəriyyəti müxtəlif əlillik dərəcələri olan layihə iştirakçılarına həsr edib. Beş gün ərzində o, iştirakçılarla birlikdə bir neçə qısa tamaşa hazırlayıb ki, onların da hər birini cəmiyyətə çağırış adlandırmaq olar.

1 / 7
Fiziki məhdudiyyətli aktyorlar göstərdikləri tamaşaları ilə öz problemlərinə diqqət çəkdilər
2 / 7
Fiziki məhdudiyyətli aktyorlar göstərdikləri tamaşaları ilə öz problemlərinə diqqət çəkdilər
3 / 7
Fiziki məhdudiyyətli aktyorlar göstərdikləri tamaşaları ilə öz problemlərinə diqqət çəkdilər
4 / 7
Fiziki məhdudiyyətli aktyorlar göstərdikləri tamaşaları ilə öz problemlərinə diqqət çəkdilər
5 / 7
Fiziki məhdudiyyətli aktyorlar göstərdikləri tamaşaları ilə öz problemlərinə diqqət çəkdilər
6 / 7
Fiziki məhdudiyyətli aktyorlar göstərdikləri tamaşaları ilə öz problemlərinə diqqət çəkdilər
7 / 7
Fiziki məhdudiyyətli aktyorlar göstərdikləri tamaşaları ilə öz problemlərinə diqqət çəkdilər

"Müasir dünya o qədər müxtəlifdir ki, arzusu olan hər kəs öz yerini tapa bilər, əlilliyi olan insanlar da istisna deyil. Əlilliyi olan insanlar qrupuna aid olanlar da özünü cəmiyyətdən ayrı hiss etmədən tam həyatını yaşamalıdır. Yəqin ki, əlilliyi olan insanların sağlam insanlara nisbətən daha istedadlı və yüksək qiymətə layiq olduğunu söyləsəm, ifrata varmış olmaram" — deyə Klark bildirib.

Klarkın sözlərinə görə, ən maraqlısı budur ki, layihə iştirakçılarından heç birinin teatrla əlaqəsi yoxdur, lakin onların hər biri istedadlıdır və gələcəkdə asanlıqla aktyor ola bilərlər. Mütəxəssisin fikrincə, bu tamaşalarla onlar cəmiyyətə müraciət edirlər və onları bərabərliyə çağırırlar.

Tamaşa dörd novelladan ibarətdir — "Həyata keçməyən missiya", "Ailə", "Cəmiyyətə baxış" və "Səs". Onların ümumi müddəti 30 dəqiqə olub. Onların hər birində əsas rolları müxtəlif əlilliyi olan fiziki cəhətdən məhdudiyyətli insanlar oynayıb. Novellalarda onları daha çox narahat edən bir neçə problemə toxunublar. Bunlar dayaq-hərəkət sistemində qüsurları, eşitmə və ya görmə orqanlarının pozuntusu olanlara qarşı ətrafdakıların mərhəmət hissi, ailə üzvlərinin narazılıqları, əksər hallarda uşağın xəstəliyini qəbul edə bilməyən valideynlər və digərləri arasında sərbəst hərəkət etmək üçün zəruridir.

Layihə iştirakçıları bütün çətinliklərə baxmayaraq, əllərindən gələni ediblər. Bir çox tamaşaçıların baxışlarında acıma hissini müşahidə etmək mümkün idi, bəziləri göz yaşlarını çətinliklə saxlayırdılar, lakin bunların heç biri yeni başlayan aktyorları narahat etməyib. Onlar sanki öz hərəkətləri ilə insanlara deyirdilər ki, "bizə acımayın, əksinə, bizim uğurlarımızla fəxr edin!".

Tamaşanın sonunda aktyorlar tamaşaçılara bu sözlərlə müraciət ediblər: "İstəmirik ki, siz bizə acıyasız. Biz cəmiyyətin fiziki cəhətdən sağlam olan digər üzvləri ilə bərabər olmaq, oxumaq, gəzmək, öz ideyalarımızı reallaşdırmaq istəyirik".

Layihə iştirakçılarının hər birinə sertifikat təqdim edilib. Onlar Unlimited layihəsində iştiraklarını davam etdirəcəklər və yaxın zamanlarda tamaşanın yekun variantı təqdim olunacaq. Onların hər biri ümid edir ki, cəmiyyət onların çağırışını eşidəcək.