CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bank şifrələrini əldə edən troyan virusu yayılıb

Troyan hakerlərə komputerləri idarə etməyə icazə verir
Sputnik

BAKI, 17 oktyabr — Sputnik. Yeni bank troyan virusu olan DanaBot istifadəçilərə Avropadan hücum edir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ESET şirkətindən məlumat verilib. Troyan Delfi dilində yazılıb. 2018-ci ilin əvvəlində onun fəaliyyəti Avstraliyada, sonra isə Polşa, İtaliya, Almaniya, Avstriya və Ukraynada qeydə alınıb. Zərərverici kod elektron poçt vasitəsilə məktub şəklində bankların kampaniyaları və xidmətləri adı ilə yayılır.

Məktubun içində hakerlər yoluxmuş sənədlər yerləşdiriblər. Troyan hakerlərə kompüterləri idarə etməyə icazə verir.

Hakerlərin əlinə sosial şəbəkələr, messenger və bank proqramlarının parolları düşüb.

Ekspertlərin fikrincə, cinayətkarlar kodları müntəzəm olaraq təkmiləşdirir və dəyişdirirlər.

DanaBotda son günlər yeni funksilayar yaranır. Onlar arasında Tor brauzerini yükləmək və.onion saytına giriş əldə etmək imkanları da var.