Oqtay Əsədov deputatlara xəbərdarlıq etdi

“Deyəsən kofe, çay yerini bağlamalı olacağıq”
Sputnik

BAKI, 16 oktyabr — Sputnik. Parlament sədri Oqtay Əsədov bu gün keçirilən plenar iclasda deputatlara irad tutub.

Sputnik Azərbaycan xəbər verir ki, iclasda "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin səsverməsi zamanı yetərsay olmayıb. Deputatların 79-u səsvermədə iştirak edib.

Yetərsayın olmamasına görə spiker deputatlara irad bildirib: “Deyəsən kofe, çay yerini bağlamalı olacağıq”.