BAKI, 16 oktyabr — Sputnik. Rusiyanın populyar "Sport-Ekspress" qəzetinin sabiq rəhbəri İvan Rubin vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, onun meyiti Moskvada Osenni bulvarında, evin qarşısında tapılıb.
Rubin özünü hündürdən ataraq həlak olub. Onun ölümündən əvvəl yazdığı məktub ortaya çıxıb. İş adamının borca görə intihar etdiyi bildirilir.
Tanışının dediyinə görə, Rubinin borcu 50 milyon rublu keçirmiş və borc sahibləri onu hədələyirmişlər.
Hadisə ilə bağlı araşdırma aparılır.