BAKI, 16 oktyabr — Sputnik. Dünən səhər 06:30 radələrində Bakı Metropolitenində sərnişin dünyasını dəyişib. "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a bildirib ki, hadisə metronun “Xalqlar dostluğu” stansiyasının platformasında baş verib.
"Gürcüstan vətəndaşı, 1954-cü il təvəllüdlü Təhməz Qurbanov qatar gözləyərkən halı pisləşib. Təcili tibbi yardım çağırılıb. Amma hadisə yerinə çağırılan həkim bildirib ki, Təhməz Qurbanov artıq ölüb" — deyə Metropolitenin sözçüsü qeyd edib.