CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili: "Prezident müqəddəs bir iş gördü"

Zahid Oruc: "Ölkəmizdə şəhid ailələrinin konkret sayı 4800 nəfər olsa da, onların əksəriyyətinə "yox" cavabı verilib"
Sputnik

BAKI, 16 oktyabr — Sputnik. "Cənab prezident İlham Əliyev tərəfindən böyük addım atılaraq şəhid ailələrinə 11 min manat məbləğində birdəfəlik yardımın verilməsi nəzərdə tutulub. Ölkəmizdə şəhid ailələrinin konkret sayı 4800 nəfər olsa da, onların əksəriyyətinə "yox" cavabı verilib".

"Dövlət qurumları öz işlərini görmür, insanları Milli Məclisə göndərirlər"

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib. O bildirib ki, ölkə başçısı seçkilərdən sonra şəhid ailələri ilə bağlı ilahi, müqəddəs bir sərəncam verməklə şəhid və şəhid ailəsinin Prezident üçün, dövlət üçün nə qədər müqəddəs olduğunu göstərmiş olub.

"Lakin sığorta təşkilatı tərəfindən yaradılan problem aradan qaldırılmalıdır. Onların bunu etməyə haqları yoxdur. Bunun üçün millət vəkillərindən, sığorta qurumundan və adıçəkilən nazirlikdən ibarət bir komissiya formalaşdırılmalı və problem aradan qaldırılmalıdır. Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bundan narahatdır" — deyə deputat vurğulayıb.