Azərbaycanın populyar ifaçısı, "Avroviziya-2014" beynəlxalq mahnı yarışmasının iştirakçısı Dilarə Kazımova ehtiraslı italyan qızı obrazını təqdim edib.
Müğənninin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, o, fotolayihənin nəticələrindən razı qalıb. Kazımova bu şəkillərdə müxtəlif açıq-saçıq obrazlarda təsvir edilib. Layihənin fotoqrafı Ruslan Nəbiyev, stilisti isə Aytən Səfərova olub.
Diları Kərimova vaxtilə Unformal və Milk & Kisses qruplarının tərkibində çıxış edib. 2014-cü ildə "Ukraynanın səsi" — "1+1" ("Голос країни") layihəsinin iştirakçısı olub, eyni zamanda elə həmin il "Böyük səhnə" milli müsabiqəsində qalib gələrək Azərbaycanı "Avroviziya-2014" müsabiqəsində təmsil etmək hüququ qazanıb.