RUSİYA

"Azərbaycanla Rusiyanın əməkdaşlığı böyük təhlükənin qarşısını aldı"

Yevgeni Mixaylov: "Hazırda vəziyyət nəzarət altındadır və onun pisləşməsi gözlənilmir"
Sputnik

BAKI, 16 oktyabr — Sputnik. "Azərbaycan və Rusiya transsərhəd cinayətlər və korrupsiyaya qarşı güclü şəkildə mübarizə aparır".

Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən tədbirdə rusiyalı politoloq Yevgeni Mixaylov deyib. O bildirib ki, iki ölkə arasında həm iqtisadi, həm də siyasi sahədə əməkdaşlıq inkişaf edir.

"Xarici qüvvələr Kabardin-Balkarda və Şimali Qafqazda vəziyyətin pisləşməsini istəyirdilər. Lakin bizim ölkələrin əməkdaşlığı buna imkan vermədi, təhlükənin qarşısı alındı. Rusiya Dağıstanda terrorçulara qarşı mübarizə aparır. Öz növbəsində Azərbaycan da terrorizmə qarşı ciddi mübarizə aparır. Hazırda vəziyyət nəzarət altındadır və onun pisləşməsi gözlənilmir" — deyə Y.Mixaylov vurğulayıb.