ABŞ-da erməni restoranında atışma: Ölən və yaralanan var

Hadisə baş verən vaxtda eyni zamanda 3 tədbir olub
Sputnik

BAKI, 16 oktyabr — Sputnik. ABŞ-ın Qlendeyl şəhərində ermənilərə məxsus "Ararat" restoranı yaxınlığında atışma baş verib. Sputnik Ermənistan xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, daha bir nəfər yaralanıb.

Məlumata əsasən, hadisə baş verən vaxt restoranda 100-dən çox insan olub. Onların hamısı dindiriləcək.

Hadisə baş verən vaxtda eyni zamanda 3 tədbir olub.

Məlumatda, həmçinin hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən birinin qara rəngli avtomobildə ərazini tərk etdiyi bildirib.