Tramp krala zəng etdi – Dərhal Pampeonu göndərir

Bunu Birləşmiş Ştatlar prezidenti Donald Tramp öz "Twitter" səhifəsində bildirib
Sputnik

BAKI, 15 oktyabr — Sputnik. ABŞ dövlət katibi Mayk Pompeo səudiyyəli jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı Səudiyyə Ərəbistanı kralı Salman bin Abdel Əziz əl Saudla görüşəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Birləşmiş Ştatlar prezidenti Donald Tramp öz "Twitter" səhifəsində bildirib.

"İndicə Səudiyyə Ərəbistanı kralı ilə danışdım. O, Səudiyyə Ərəbistanı vətəndaşına nə olduğunu dair məlumatsız olduğunu bildirir. O, dedi ki, onlar cavabı tapmaq üçün Türkiyə ilə sıx əməkdaşlıq edir. Mən dərhal kralla görüşmək üçün dövlət katibini ora göndərirəm" — deyə Tramp yazıb.

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

Jurnalist Camal Qaşıqçı itməzdən 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur. Həbs olunanlar müxalif belə deyil. Bu, insanları qorxudur.

"Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş bu imkan mənə öz ölkəmdə verilsəydi" – deyə səudiyyəli jurnalist müsahibəsində bildirib.